Evlərdən oğurluq edən şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Novxanı kəndindəki evlərdən birinin həyətindən 8 500 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən kənd sakini Nizami Hüseynov, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Lökbatan qəsəbəsində evlərdən birinin həyətindən 1 450 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Elşad Nəsirov, Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Maştağa qəsəbəsindəki evlərin birindən 1 300 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rasim Elməliyev və Sergey Volovin saxlanılıblar.
Hər üç faktla bağlı araşdırma aparılır.
www.RESMIXEBER.az

