Qaçqın və məcburi köçkün məktəblərinin aqibəti necə olacaq?

Cəmiyyət


Elm və təhsil naziri Emin Əmrullayev keçmiş məcburi köçkünlərin təhsil aldığı müəssisələrin aqibəti barədə danışıb. 

resmixeber.az-ın məlumatına görə, jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, bu məsələdə iki variant mövcuddur. 

“30 illik işğal dövründə bəzi məktəblərə yeni binalar tikilib. Bu halda həmin bina həmin əraziyə uyğunlaşdırılır. Misal olaraq, Şuşa şəhər 1 nömrəli məktəb istifadəyə verildikdən sonra Bakıdakı təhsil ocağı ayrı məktəb kimi fəaliyyətini davam etdirəcək. Bəzi hallarda məktəblərin binası yoxdur, ona görə də ləğvi mümkünsüzdür. Yəni məktəb publik hüquqi şəxs kimi tarixi yerinə köçür. Kimlərsə köçmürlərsə, məktəb yerində qalıb digərləri kimi fəaliyyətini davam etdirir”, – deyə nazir əlavə edib.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir