Yol polisi yeni avtomobillərə keçdi – FOTO

Cəmiyyət


Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinə yeni avtomobillər təqdim edilib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Belə ki, DYP əməkdaşlarının bir hissəsi “Volvo S90” və “Volvo S60” modelli xidmət avtomobilləri ilə təmin edilib.

Qeyd edək ki, polislərdə əsas xidmət avtomobillərini BMW, “Mercedes” “Hyundai” və KIA təşkil edir.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis kapitanı Toğrul Nəsirli resmixeber.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Volvo S90” və “Volvo S60” modeli olan xidmət avtomobilləri istifadəyə verilib:

“DYP-nin istifadəsində olan bir sıra modellərlə yanaşı, hazırda sözügedən modelə aid avtomobil də xidməti istifadəyə verilib”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir