Klyuchevskaya sopka vulkanı lava püskürür

Dünya


Avrasiyanın ən yüksək aktiv vulkanı, Kamçatkadakı (Rusiya) Klyuçevskaya sopka yarım kilometr hündürlüyə lava püskürür. Klyuçi kəndindəki vulkan stansiyasından xəbər verilən məlumata görə, lava vulkan novunun kənarlarındakı dağ süxurlarını dağıdır.

“Hazırda Klyuçevskoy vulkanında lava fəvvarələri vulkanın zirvə kraterinin kənarından 500 m hündürlüyə qədər qalxır. İçərisində müəyyən miqdarda kül olan buxar-qaz sütunu dəniz səviyyəsindən 7,5 km yüksəkliyə qalxır. Apaxonçiç novu boyunca güclü lava axını hərəkət edir, onun hərəkəti novun kənarlarından piroklastik süxurların çökməsi ilə müşayiət olunur”, – deyə qurumdan bildirilib.

Vulkan stansiyasında qeyd olunub ki, Klyuchevskaya sopka üçün lavanı belə yüksəkliyə püskürməsi olduqca nadir bir hadisədir.

Kamçatka hakimiyyəti vulkanın yaxınlığında yerləşən yaşayış məntəqələrində kifayət qədər ərzaq ehtiyatının yaradıldığını bildirib. Operativ xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib.

Xatırladaq ki, Klyuchevskoy vulkanı (Klyuchevskaya sopka) Avrasiyanın ən yüksək aktiv vulkanıdır. Vulkan diametri təxminən 700 m olan zirvə krateri olan müntəzəm konusdan ibarətdir. Yamaclarda 80-ə yaxın əlavə partlayış krateri və şlak konusları var. Vulkan 4,5 minə yaxın insanın yaşadığı Ust-Kamçatka vilayətinin Klyuçi kəndindən 30 km aralıda yerləşir.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir