Avstraliyada təyyarə qəzası: Ölənlər var

Dünya


Avstraliyanın şərq sahillərində kiçikmühərrikli təyyarə qəzaya uğrayıb.

Kvinslend Fövqəladə Hallar Xidməti bildirib ki, qəza nəticəsində iki nəfər həlak olub.

Hadisə Keynsdən 700 km cənubda yerləşən Fitç Hatton şəhərindəki aerodromun yaxınlığında baş verib. Cütlük “SOCATA TB20 Trinidad” şəxsi təyyarəsi ilə Taunsvildən Palmiraya uçub. Kişinin 73, qadının isə 75 yaşı olub.

Hadisənin səbəbi məlum deyil. Polis əməkdaşları və Milli Nəqliyyat Təhlükəsizliyi Administrasiyasının müstəntiqləri qəza yerində işləyirlər.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir