Livanda raket BMT sülhməramlılarının qərargahına düşüb

Dünya


Livanın cənubunda münaqişə tərəflərindən birinin atdığı raket Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) qərargahına düşüb.

Bu barədə UNIFIL-in rəsmi nümayəndəsi Andrea Tenenti “Telegram” kanalında məlumat verib.

“Xoşbəxtlikdən xəsarət alan olmasa da, maddi ziyan dəyib. Mavi dəbilqəlilərin komandanlığı indi insidentdə hansı tərəfin məsuliyyət daşıdığını müəyyənləşdirir”, – deyə o bildirib.

Tenenti əlavə edib ki, bu, ilk belə hal deyil.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir