Argentinalı dünya çempionu dopinqə görə iki illik cəzalandırıldı

Dünya


Argentina millisinin üzvü Alexandro Qomes iki illik futboldan uzaqlaşdırılıb.

Bu barədə insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında məlumat yayıb.

İtaliyanın “Monza” klubunun üzvünün dopinq testi müsbət çıxıb. Romanonun yazdığına görə, onun keçən il Qətərdə keçirilən dünya çempionatından öncə verdiyi testin nəticəsi pozitiv olub.

Alexandro Qomesin cəza səbəbindən karyerasını başa vuracağı gözlənilir.

Qeyd edək ki, bu yay İspaniyanın “Sevilya” klubundan ayrılan futbolçu Argentina yığmasının heyətində dünya çempionu olub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir