Kəmalə Muradova: “Müstəmləkə siyasəti ciddi qlobal problemlərə səbəb olub”

Dünya


“Müstəmləkə siyasəti ciddi qlobal problemlərə səbəb olub”.

“resmixeber.az”  xəbər verir ki, bunu oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda azərbaycanlı tədqiqatçı Kəmalə Muradova deyib.

O, xüsusilə kütləvi miqrasiya probleminə diqqət çəkib:

“Biz müstəmləkəçiliyin Afrika ölkələrinə olan təsirindən danışa bilərik. Amma biz həm də kütləvi miqrasiya problemindən danışmalıyıq. Bəzi dövlətlər öhdəliklərini yerinə yetirmirlər. Bu özü də cinayətdir. Afrika gəncləri daha çox qlobal aclığa görə Avropaya üz tuturlar. Amma Fransa kimi, Avropa ölkələri də müstəmləkəçilik siyasətini davam etdirirlər. Artıq ədalətin bərqərar olmasının vaxtı çatıb. Qərb və Fransa KİV-ində özümüzü ifadə edə bilmirik. Bu, əlbəttə, ciddi problemdir”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir