12 yaşlı Rahimin müalicəsi üçün 300 manata ehtiyacı var – FOTO

Cəmiyyət


12 yaşlı Rahimin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə resmixeber.az-a onun anası Nəzakət Abdullayeva məlumat verib.

O bildirib ki, övladı serebral iflicdən əziyyət çəkir.

“Rahim anadangəlmə serebral iflicdən əziyyət çəkir. Təkbaşına yeriyə və otura bilmir. Daim ona kömək olmalıyam. Doğulan gündən müalicələrini imkan daxilində etsək də, son dövrlər müalicə xərcləri artıb. Bunu qarşılamağa isə gücümüz çatmır. Rahimin hazırda masaja və müalicəyə ehtiyacı var. Bunun üçün isə bizim 300 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən mənim övladıma dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 670-12-98

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir