Fransanın böyük hava limanları bomba təhlükəsi səbəbindən boşaldılıb

Dünya


Fransanın böyük hava limanları bomba təhlükəsi səbəbindən boşaldılıb.

Nitsa, Tuluza, Lill və Lion hava limanlarının administrasiyası da oxşar mesajlar alıb. Aeroportlardan üçündə artıq təxliyənin başladığı məlumdur.

Son günlər Fransada iri ictimai obyektlər daha tez-tez anonim təhdidlər almağa başlayıb.

Belə ki, şənbə günü Luvrun minlərlə ziyarətçisi, eləcə də Lion stansiyasından gələn sərnişinlər təxliyə edilməli olub. Versalda iki dəfə – şənbə və çərşənbə axşamı təxliyə elan edilib. Bütün hallarda təhdidlərin yalan olduğu ortaya çıxıb, lakin hər dəfə polis və istehkamçılar riskin olmadığına əminlik üçün hər bir obyekti diqqətlə yoxlayıblar.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir