Şabranda balıqçı dənizdə boğulub

Cəmiyyət


Şabranda iki balıqçı dənizdə boğulmaq təhlükəsi ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, onlardan biri xilas ola bilsə də Şabran şəhər sakini, 1962-ci il təvəllüdlü Xələf Hüseyn oğlu Hüseynov dənizdə boğulub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən balıqçının axtarışları davam etdirilir.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir