BMT İsrailin müraciətindən sonra öz qərargahını Qəzza zolağının cənubuna köçürüb

Dünya


Birləşmiş Millətlər Təşkilatı Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin Qəzza zolağındakı əməliyyat qərargahını anklavın cənubuna köçürüb.

Bu barədə agentliyin “X” sosial şəbəkə hesabında məlumat verilib.

Agentlik rəsmi məlumatda yerdəyişmənin səbəbini açıqlamasa da, ehtimal edilir ki, qərar İsrailin Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciətindən sonra verilib. Sözügedən müraciətdə İsrail 1,1 milyon fələstinlinin 24 saat ərzində Qəzza zolağının cənubuna köçürülməsini tələb edib.

Qeyd edək ki, 1948-ci ildə yaradılmış BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi Yaxın Şərq regionunda 5 milyondan çox fələstinli qaçqına təhsil, səhiyyə, fövqəladə hallarda humanitar yardım, sosial xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərir. 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir