Qəzzada eskalasiya nəticəsində ölənlərin sayı 900-ə çatıb

Dünya


Qəzza zolağında eskalasiya nəticəsində ölənlərin sayı 900-ə yüksəlib, 4,5 min nəfər yaralanıb.

Bu barədə anklavın Səhiyyə Nazirliyi öz “Facebook” səhifəsində məlumat yayıb Məlumata görə, ölənlər arasında 260 uşaq və 230 qadın var.

İddialara görə, 140 mindən çox Qəzzalı İsrailin atəşi nəticəsində evlərini tərk etmək məcburiyyətində qalıb.

Səhiyyə Nazirliyi səhiyyə sisteminin tükəndiyini, dərman və donor qan ehtiyatlarının çatışmazlığını, tibb müəssisələrinin elektrik generatorlarına və yanacağa ciddi ehtiyac duyduğunu qeyd edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir