“Napoli”nin prezidentindən qəribə açıqlama: “Baş məşqçimiz İtaliya futbolunu yaxşı bilmir”

Dünya


İtaliyanın “Napoli” klubunun prezidenti Aurelio De Laurentis komandanın son zamanlar uğursuz çıxış etməsi barədə danışıb.

Klub rəhbəri bu yay baş məşqçi təyin olunan fransalı mütəxəssis Rudi Qarsiyanın İtaliya futbolunu yaxşı bilmədiyini etiraf edib:

“Rudi Qarsiya üçün yaxşı zaman deyil. O, İtaliya futbolunu elə də yaxşı bilmir. Belə məşqçi seçəndə bu cür hallar baş verir. Komanda hazırda yaxşı nəticələr qazanmır. Doğru zamanda ən yaxşı qərarı verəcəyəm”.

Xatırladaq ki, Qarsiyanın rəhbərliyi altında komanda bu mövsüm səkkiz turdan sonra 14 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Rudi Qarsiyanın istefaya göndəriləcəyi və baş məşqçi postuna Antonio Kontenin təyin ediləcəyi ilə bağlı məlumatlar yayılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir