Rusiyada terror aktı törətməyə cəhd göstərən məktəbli saxlanılıb

Dünya


Rusiyanın Krasnoyarsk şəhərində yerli bazarda terror aktı törətməyə hazırlaşan 16 yaşlı oğlan saxlanılıb.

Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Məktəblinin şəhərin Kirov rayonundakı bazarda təxribat törətməyi planlaşdırdığı vurğulanıb.

“Onun terror fəaliyyətini həyata keçirmək üçün təlim keçməsindən şübhələnmək üçün də əsaslarımız var. O, internet vasitəsilə partlayıcı qurğuların toplanması imkanlarını fəal şəkildə araşdırıb, bunun üçün axtarış sistemlərindən biri vasitəsilə kitablar yükləyib”, – deyə hüquq-mühafizə orqanlarının əməkdaşlarının məlumatında deyilir.

Mənbə: M24.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir