Avropa İttifaqı Fələstinə yardımı dayandırıb

Dünya


Avropa İttifaqı (Aİ) İsrailə qarşı təcavüzlə əlaqədar Fələstinə yardımın bütün həcminin dondurulduğunu elan edib.

Bu yardım çərçivəsində bütün layihələrə yenidən baxılacaq.

Avropanın Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varheliy sosial şəbəkədə yazıb ki, İsrailə, onun xalqına qarşı terror və vəhşiliyin miqyası dönüş nöqtəsinə çevrilib. Onun sözlərinə görə, heç bir şey olmamış kimi əməkdaşlıq davam edə bilməz.

“Fələstinlilərin ən böyük donoru olan Avropa Komissiyası bütün 691 milyon avroluq inkişaf yardımı paketinin nəzərdən keçirilməsinə başlayır. Bütün ödənişlər dayandırılacaq. Bütün layihələr nəzərdən keçiriləcək. 2023-cü il də daxil olmaqla, bütün yeni büdcə təklifləri qərarlar qəbul edilənə qədər təxirə salınıb. Nifrətə, zorakılığa və terrora çağırışlar çoxlarının zehnini zəhərləyib”, – o qeyd edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir