Naxçıvanda ağır yol qəzası olub, ölən var – FOTO

Cəmiyyət


Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən var.

“resmixeber.az”un yerli bürosu xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb, 1 nəfər isə ölüb.

1988-ci il təvəllüdlü Naxçıvan şəhər sakini Süleymanov Azər Abbas oğlu xəstəxanaya gətirilərkən yolda vəfat edib.

1988-ci il təvəllüdlü Tarverdiyeva Münəvvər Məhərrəm qızı, 2013-cü il təvəllüdlü Süleymanov Abbas Azər oğlu və 2023-cü il təvəllüdlü Süleymanova Alisa Azər qızı müxtəlif bədən xəsarətləri alıblar.

Ana və qızının vəziyyəti orta-ağır, oğlanın isə vəziyyəti ağırdır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir