Ankarada terror törədənlərin kimliyi müəyyənləşib

Dünya


Oktyabrın 1-də Türkiyənin Daxili İşlər Nazirliyinə qarşı təşkil edilmiş və polis əməkdaşlarının dərhal həyata keçirdikləri tədbirlər nəticəsində qarşısı alınmış terroru törədən iki şəxsin kimliyi təsbit edilib.

Bu barədə məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb.

Açıqlamada bildirilib ki, terrorçulardan birinin PKK/KCK terror təşkilatının üzvü, “Kanivar Erdal” kod adlı Həsən Oğuz, ikincinin isə təşkilatın digər üzvü Özkan Şahin olduğu üzə çıxıb.

“Təhlükəsizlik bölmələrimizin başlatdığı istintaq davam edir. Terrorla mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər əzm və qətiyyətlə davam edəcək”, – deyə qeyd olunub.

Mənbə: Anadolu

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir