Rusiyada uşaq meydançasında ayı ilə rastlaşan gənclər gözlərinə inana bilmədilər – VİDEO

DIN


Rusiyanın Primorsk diyarının Lesozavodsk şəhərində yerli sakinlər uşaq meydançasında ayı ilə qarşılaşaraq onu lentə alıblar.

Videonu yerli “Telegram” kanalı paylaşıb.

Kadrlarda ayının uşaq meydançasında gəzdiyi görünür. Heyvanı gördükləri zaman videonu çəkən iki gənc emosiyalarını saxlaya bilmir və “Həqiqətən, bu zarafat deyil” sözləri ilə meydançanı tərk edir. Video onlardan birinin “Bəlkə bu ayı paltarı geyinmiş adamdır?” sualı ilə bitir.

Digər “Telegram” kanalının verdiyi məlumata görə isə, ayını sonuncu dəfə şəhərin kənarına yaxın Dzerjinski küçəsində görüblər.

Mənbə: Lenta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir