“Real Madrid”in səbri tükənir: Arda Güler icarəyə veriləcək

Dünya


İspaniyanın “Real Madrid” klubu Türkiyə millisinin üzvü Arda Güleri icarəyə verməyi planlaşdırır.

Məlumata görə, 18 yaşlı yarımmüdafiəçinin tez-tez zədələnməsi “kral klubu”nu belə qərar verməyə sövq edib. Paytaxt təmsilçisi qış fasiləsində onu La Liqa təmsilçilərindən birinə icarəyə verməyi düşünür.

A.Gülerin xidmətində “Real Sosyedad” və “Betis”in maraqlı olduğu bildirilir.

Qeyd edək ki, türkiyəli futbolçu bu yay transfer olunduğu Madrid klubunda debüt etməyib. İyulda əməliyyat olunan orta xətt oyunçusu bir müddət əvvəl sağalsa da, yenidən əzələ zədəsi yaşayıb. Bu səbəbdən onun oktyabrın sonuna qədər yaşıl meydanlardan kənar qalacağı gözlənilir.

Mənbə: todofichajes.com

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir