Bakı dairəvi yolunda qəza olub, ölən var – FOTO

Cəmiyyət


Bakının Yasamal rayonunda piyadanın ölümünə səbəb olan qəza baş verib.

resmixeber.az xəbər verir ki, yol-nəqliyyatı hadisəsi Bakı dairəvi yolunun Yeni Yasamal yaşayış massivinə düşən hissəsində qeydə alınıb.

Şosedə piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən təxminən 30-35 yaşlı kişini “Kia” markalı avtomobil vurub. Piyada zərbənin təsirindən hadisə yerində ölüb.

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Şosedə sıxlıq yaranıb. Ölən piyadanın kimliyi müəyyənləşdirilir.

Sürücünün izahatı alınıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir