Milli Elektron Hökumət Portalı kiberhücumlara məruz qalıb?

Cəmiyyət


Müxtəlif media resurslarında Azərbaycan Respublikasının Milli Elektron Hökumət Portalının kiberhücumlara məruz qaldığı ilə bağlı təxribat xarakterli məlumat yayılıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən bildirilib ki, bu məlumat əsassızdır və həqiqəti əks etdirmir.

“Məlum olduğu kimi, mövcud vəziyyətlə bağlı tam rəqəmsal təhlükəsizliyin təmin edilməsi, vətəndaşlarımızın şəxsi məlumatlarının düşmənlərdən qorunması əsas prioritetimizdir. Bu məqsədlə xarici ölkələrdən Milli Elektron Hökumət Portalına giriş qismən məhdudlaşdırılıb. Bu təcrübə xüsusi hallarda tətbiq edilir, yalnız müvəqqəti və önləyici xarakter daşıyır.

Qeyd edək ki, Azərbaycandan olan istifadəçilər üçün e-gov.az saytı adi rejimdə işləyir: vətəndaşlardan heç bir şikayət daxil olmayıb, texniki proseslərlə bağlı hər hansı gecikmələrə yol verilməməsi məqsədilə davamlı monitorinqlər aparılır”, – deyə məlumatda bildirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir