Bayden Mərkəzi Asiya dövlətlərinin liderləri ilə görüşəcək

Dünya


ABŞ Prezidenti Co Bayden Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilə görüşəcək.

Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan bildirib.

Onun sözlərinə görə, bu, tərəflər arasında dövlət başçıları səviyyəsində ilk görüş olacaq.

“Bu görüş liderlərə regional təhlükəsizlikdən tutmuş ticarətə, iqlim dəyişikliyinə və idarəetmənin təkmilləşdirilməsilə qanunun aliliyinin gücləndirilməsinə yönəlmiş davam edən islahatlara qədər bir sıra məsələləri müzakirə etməyə imkan verəcək”, – Sallivan bəyan edib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir