ABŞ-Ermənistan təlimləri başladı: “Eagle Partner 2023” doqquz gün davam edəcək

Dünya


Bu gün, sentyabrın 11-də ABŞ və Ermənistan hərbçilərinin “Eagle Partner 2023” birgə təlimləri start götürüb.

Bu barədə ABŞ ordusunun Avropa və Afrikadakı komandanlığının nümayəndəsi məlumat verib.

Adı açıqlanmayan rəsminin sözlərinə görə, açılış mərasimi İrəvan yaxınlığındakı “Zar” təlim mərkəzində baş tutub.

Təlimlərdə 85 amerikalı ilə 175 erməni hərbçi iştirak edir.

“Təlim Ermənistanın 12-ci Sülhməramlı Briqadasını NATO standartlarına uyğun hazırlamağa kömək edəcək”, – deyə ABŞ ordusunun Avropa və Afrikadakı komandanlığının nümayəndəsi bildirib.

Qeyd olunub ki,  “Eagle Partner 2023” birgə təlimlərinin doqquz gün davam edəcəyi planlaşdırılıb.

Mənbə: AFP

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir