Ermənistan Roma Statutunu ratifikasiya edəcək

Dünya


Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edəcək.

Bunu respublikanın qanunverici orqanının spikeri Alen Simonyan deyib.

“Bütün ehtimallara görə, Roma Statutu ratifikasiya olunacaq. Sənəd müzakirə mərhələsindədir”, – o, ölkə mətbuatına açıqlamasında bildirib.

Xatırladaq ki, Ermənistan Roma Statutunu 1998-ci ildə imzalayıb.

Mənbə: interfax.ru

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir