Honkonqda avtobusların toqquşması nəticəsində 40-a yaxın insan yaralanıb – FOTO

Dünya


Çinin Honkonq şəhərində uşaqları daşıyan məktəb avtobusu ilə ikimərtəbəli şəhər avtobusu toqquşub. Nəticədə 40-a yaxın insan xəsarət alıb.

Məlumata görə, insident yerli vaxtla səhər saat səkkiz radələrində (Bakı vaxtı ilə 04:00) Lantau adasının şimalında baş verib.

Qeyd olunur ki, toqquşma nəticəsində məktəb avtobusu yoldan çıxaraq ağaclara çırpılıb, nəqliyyat vasitəsinin ön hissəsinə ciddi ziyan dəyib.

Qəzanın səbəbi barədə hələlik məlumat verilmir.

Mənbə: TASS

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir