Yevlaxda yük avtomobili minik maşınına çırpıldı: Xəsarət alanlar var

Cəmiyyət


Yevlaxın Aran qəsəbəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“resmixeber.az”un məlumatına görə, hadisə “Hyundai” markalı minik avtomobili ilə kiçiktutumlu yük maşınının toqquşması nəticəsində qeydə alınıb.

Nəticədə yük maşınının sürücüsü, Ağsu rayon sakini, 1991-ci il təvəllüdlü Ramal Hüseynov və “Hyundai” markalı avtomobildə sərnişin qismində olan, Sumqayıt şəhər sakini, 1957-ci il təvəllüdlü Kəfayə Bənnayeva xəsarət alıblar. Onların hər ikisi xəstəxanaya çatdırılıb.

“Hyundai” markalı avtomobilin sürücüsü hadisədən xəsarətsiz ötüşüb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir