Tacikistanda yağan güclü yağışlar nəticəsində 13 nəfər ölüb

Dünya


Tacikistanın bir sıra bölgələrində yağan güclü yağışlar nəticəsində 13 nəfər ölüb. Bu barədə Tacikistan Prezidenti Emoməli Rəhmonun Mətbuat Xidməti məlumat yayıb.

“Güclü yağışlar nəticəsində Vəhdət şəhəri və Rudəki bölgəsində təbii fəlakət baş verib, nəticədə 13 nəfər, o cümlədən Vəhdət şəhərində 11, Rudəki rayonunda iki nəfər həlak olub”, – məlumatda deyilir.

Dövlət başçısı həlak olanların ailələrinə başsağlığı verib, onlara yardım göstərməyi, fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməyi ölkənin baş nazirinə, Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinə və digər strukturlara tapşırıb.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir