“Fənərbağça” Xorvatiya millisinin üzvünü transfer etdi

Dünya


Türkiyənin “Fənərbağça” klubu heyətinə yeni futbolçu cəlb edib.

İstanbul təmsilçisi Xorvatiya “Dinamo”sundan (Zaqreb) qapıçı Dominik Livakoviçi transfer edib. Məlumatı klubun saytı yayıb.

Bildirilib ki, 28 yaşlı qapıçının keçidi üçün Zaqreb təmsilçisi ilə razılıq əldə olunub. Xorvatiya millisinin üzvü bu gün tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq.

Qeyd edək ki, Dominik Livakoviç 2015-ci ildən “Dinamo”nun formasını geyinir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir