Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 29-a çatıb

Dünya


Gürcüstanın Raça yüksək dağlıq bölgəsindəki Şovi kurortunda baş verən sürüşmə nəticəsində ölənlərin ümumi sayı 29 nəfər olub.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

“Fəlakət zonasında aparılan axtarış işləri nəticəsində xilasedicilər daha bir meyit tapıblar. Ümumilikdə 29 nəfərin cəsədi tapılıb, itkin düşən dörd nəfərin axtarışları davam etdirilir”, – məlumatda deyilir.

Qeyd edək ki, avqustun 3-də Şovidə irimiqyaslı sürüşmə baş verib. Körpülərə, yollara, turist kotteclərinə və “Sunset Shovi” hotelinə ziyan dəyib. Mütəxəssislərin ilkin rəyinə görə, dağlardan 5 milyon kubmetrdən çox torpaq sürüşüb. Təbii fəlakətin baş verdiyi ərazinin ümumi sahəsi 26 hektar olub.

Mənbə: Sputnik Gürcüstan

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir