Türkiyə Liviya limanını 99 il müddətinə icarəyə götürdü

Dünya


Türkiyə Liviyanın şimal-qərbindəki Homs limanını 99 il müddətinə icarəyə götürüb və burada hərbi baza yerləşdirəcək.

Qeyd olunur ki, belə bir addım Türkiyənin Şərqi Aralıq dənizində suverenliyini möhkəmləndirəcək, Türkiyənin ərazi sularına nəzarəti gücləndirəcək və ticarət gəmilərinin təhlükəsizliyini təmin edəcək.

Məlumata görə, bu bölgədə yaradılacaq hərbi bazada Türkiyənin pilotsuz döyüş təyyarələri və hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi planlaşdırılır.

Qeyd edək ki, 2019-cu ilin noyabrında Liviya Milli Birlik Hökuməti və Türkiyə iki ölkə arasında dəniz zonalarının delimitasiyasına dair anlaşma memorandumu imzalayıblar. Ötən il oktyabrın 3-də Liviya Milli Birlik Hökuməti Türkiyə ilə neft-qaz sektorunda iki yeni anlaşma memorandumu bağlayıb ki, sənədlərdən biri həmçinin müştərək geoloji kəşfiyyat işlərinin aparılmasını nəzərdə tutur.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir