Ağ Evin mətbuat katibi təsadüfən ABŞ prezidentinin adından xəbər paylaşıb

Dünya


Ağ Evin mətbuat katibi “X” sosial şəbəkəsində təsadüfən ABŞ prezidentinin adından xəbər paylaşıb.

“The Washington Examiner” qəzeti buna diqqət edib.

“Amerikaya sərmayə qoymaq bütün Amerikaya sərmayə qoymaq deməkdir. Mən prezidentliyə namizədliyimi irəli sürərkən söz vermişdim ki, ölkənin heç bir bölgəsini diqqətdən kənarda qoymayacağam”, – Karine Jan-Pyerin paylaşımından qəzet sitat gətirir.

Qəzet qeyd edir ki, bu paylaşım yerli vaxtla saat 15:05-də (Bakı vaxtı ilə 23:05-red.) edilib, lakin yarım saat keçməmiş sosial şəbəkədən silinib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir