Ərdoğan və Putin avqustun 31-də görüşə bilərlər

Dünya


Rusiya Prezidenti Vladimir Putin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan avqustun 31-i görüşə bilərlər.

Bildirilir ki, hazırda görüş üçün bu tarix razılaşdırılır və bütün nüanslar müzakirə olunur.

Danışıqların yeri açıqlanmayıb.

Qeyd edək ki, bir neçə gün öncə Türkiyənin “A Haber” kanalı cari ayın sonunda, ya da sentyabrın əvvəlində iki dövlət başçısının görüşünün ola biləcəyini yazmışdı. Bildirilirdi ki, Ankara Putinin Türkiyəyə gəlişini gözləyir. Ərdoğanın Rusiyaya səfərə gedəcəyi də istisna deyil. Mənbə iki dövlət başçısı arasında əsas müzakirə mövzusunun “Taxıl sazişi” ola biləcəyini vurğulayıb.

Mənbə: “Shot” “Telegram” kanalı

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir