“Nikosayağı”nın törətdiyi dəhşətli qəzanın görüntüləri – ANBAAN VİDEO

Cəmiyyət


Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin paytaxtın Nizami rayonu ərazisində törətdiyi yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Qeyd edək ki, gecə saat bir radələrində paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində 1993-cü il təvəllüdlü Nicat Nafis oğlu​ Şakirli idarə etdiyi “Porsche” markalı​ 10-GR-005 dövlət qeydiyyat nişanlı avtomobili qarşıdan gedən Ramiz Vəli oğlu Aivazovun idarə etdiyi​ “Scania” markalı yük avtomobilinə vurub.

Qəza nəticəsində Nicat Şakirlinin sərnişini – Gəncə şəhər sakini 1996-cı il təvəllüdlü ​ Ruslan Şahin oğlu Məmmədov hadisə yerində həyatını itirib, sürücü isə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub, qəza nəticəsində zərərçəkmiş şəxslər, eləcə də yolda hərəkətin bərpası ilə bağlı zəruri tədbirlər görülüb, faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir