Dünya Kuboku: Nicat Abasov ilk partiyada heç-heçə oynayıb

Dünya


Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda keçirilən Dünya Kubokunun 1\16 final mərhələsində ilk oyununu keçirib.

“resmixeber.az”un məlumatına görə, o, FIDE adından çıxış edən Pyotr Svidlerlə qarşılaşıb.

Tərəflər debütdə vəzir qambiti seçiblər. Abasov növbəti gedişlərdə az rast gəlinən varianta üstünlük verib. O, Svidlerin oynadığı ağ fiqurların təşəbbüsü ələ almaq cəhdlərini asanlıqla neytrallaşdırıb.

Yekunda partiya 37-ci gedişdə şahmatçıların heç-heçəyə razılaşması ilə başa çatıb.

Qeyd edək ki, cavab görüşü avqustun 10-da keçiriləcək.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir