ABŞ Yaxın Şərqə üç mindən çox hərbçi göndərib

Dünya


ABŞ Yaxın Şərqə üç mindən çox hərbçi göndərib.

Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, yeni qüvvələr mövcud hərbi birləşmələrin möhkəmləndirilməsi məqsədilə avqustun 6-da “Bataan” və “Carter Hall” desant gəmiləri ilə Qırmızı dənizə gəliblər.

Bildirilir ki, bölgəyə təkcə ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusunun əlavə personalı deyil, həmçinin təyyarələr, helikopterlər, konvertiplanlar və amfibiya eniş maşınları da yerləşdirilib.

Qeyd edək ki, ABŞ tərəfindən bölgəyə əlavə qüvvələrin yerləşdirilməsi barədə qərar İranın ticarət gəmilərini ələ keçirmək cəhdləri fonunda verilib. Dövlət Departamentinin sözçüsü Metyu Miller əmin edib ki, Yaxın Şərqə daha çox ABŞ qüvvələrinin göndərilməsi İranla müharibəyə hazırlaşmaq demək deyil.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir