Saatlıda avtomobil aşıb, üç nəfər yaralanıb

Cəmiyyət


Saatlıda baş verən yol-nəqliyyat hadisəsi zamanı üç nəfər yaralanıb.

“resmixeber.az”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Dədə Qorqud kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ 2106 markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində Saatlı rayon sakinləri Fərid Zöhrab oğlu Əsgərov, Zöhrab Balı oğlu Əsgərov və Mehdi Əflatun oğlu Teymurov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıların vəziyyətləri ağır olduğu üçün Bakıya göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir