Şahnaz Haşımova xəstəxanadan evə buraxıldı – VİDEO

Cəmiyyət


Ötən həftə səhhəti qəfil pisləşdiyi üçün xəstəxanaya yerləşdirilən Xalq artisti Şahnaz Haşımova evə buraxılıb.

Bu barədə sənətçinin bacısı, Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkə hesabında məlumat yayıb.

Bacısını xəstəxanada ziyarət edən sənətçi həmin görüntüləri izləyicilərlə bölüşüb. Aybəniz xanım paylaşımına “Çox şükür, Şahnaz xanım artıq evə buraxıldı, əziz dostlar” sözlərini yazıb.

Qeyd edək ki, Ş.Haşımova Gəncədə Abbas Səhhət adına Xəstəxananın Təcili Yardım Şöbəsindən Bakıya gətirildikdən sonra müalicəsini Gömrük Hospitalında davam etdirib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir