Yasamalda yaşayış binasında yanğın olub – FOTO

Cəmiyyət


Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

resmixeber.az xəbər verir ki, hadisə Həsən bəy Zərdabi 84 ünvanında yerləşən yaşayış binasında, 3-cü mərtəbədəki mənzildə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadaları cəlb ediliblər. Yanğının qarşısı alınıb, hazırda soyutma işləri aparılır.

Sakinlər təxliyə ediliblər. İlkin məlumata görə, xəsarət alan olmayıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir