İƏT islamofobiya ilə mübarizə üçün təcili toplanır

Dünya


İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yaxın vaxtlarda fövqəladə iclas keçirərək. Toplantıda son vaxtlar Qərb ölkələrində müşahidə edilən islamofobiya təzahürlərinə qarşı mübarizə məsələsinə baxılacaq.

Bildirilir ki, fövqəladə iclas İraqın tələbi ilə İƏT-in xarici işlər nazirləri səviyyəsində keçiriləcək.

İraq Xarici İşlər Nazirliyi xüsusi bəyanatına əsasən, İsveç və Danimarkada müqəddəs Qurani-Kərimin təhqir olunması ilə bağlı insidentlərdən sonra İraq tərəfinin sorğularına cavab olaraq, “İƏT bu məsələ ilə bağlı vahid mövqeni müzakirə etmək və kollektiv əks-təsir vasitələri hazırlamaq üçün xarici işlər nazirlərinin iclasını keçirəcək”.

Qeyd edək ki, İraq XİN İƏT-in qarşıdan gələn fövqəladə nazirlər toplantısının dəqiq tarixini açıqlamayıb.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir