PSJ Mbappeni Yaponiya turundan uzaqlaşdırdı

Dünya


Hücumçu Kilian Mbappe mövsümöncəsi tura PSJ ilə getməyəcək.

Kilian Mbappe komanda ilə Yaponiyaya uçmayacaq. Ona bu barədə Fransanın “Havr” klubu ilə yoldaşlıq oyunundan sonra məlumat verilib.

Klub hesab edir ki, 24 yaşlı futbolçu 2024-cü ilin yayında azad agent kimi keçmək üçün artıq “Real”la anlaşıb.

Bununla bağlı insayder Fabrizio Romano öz “Twitter” hesabında paylaşım edib.

Onun sözlərinə görə, daha əvvəl PSJ-nin prezidenti Nasser Al-Xelayfi oyunçuya ya müqaviləni uzatmaq, ya da 2023-cü ildə satışa razılıq vermək üçün iki həftə vaxt vermişdi.

Mənbə: Sports.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir