Messi yeni klubundakı ilk oyununda möhtəşəm qolla fərqləndi – FOTO/VİDEO

Dünya


“İnter Mayami” futbol klubunun argentinalı hücumçusu Lionel Messi komandasının ilk oyununda qol vurub.

Fort Lauderdeyldəki (ABŞ) “İnter Mayami” stadionunda “Krus Azul”a qarşı keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Messi Liqalar Kubokunun qrup mərhələsində 90+4-cü dəqiqədə cərimə zərbəsindən fərqlənib.

Qeyd edək ki, argentinalı superulduz Fransanın PSJ klubundan “İnter Mayami”yə bu yay keçib.

Mənbə: Sports.ru

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir