Aİ İrana qarşı yeni sanksiya rejimi yaradır

Dünya


Avropa İttifaqı Rusiya və Suriyaya hərbi təchizat səbəbindən İrana qarşı yeni sanksiya rejiminin yaradılması ilə bağlı razılığa gəlib.

Bunu Aİ xarici işlər nazirlərinin görüşünün yekunları üzrə ittifaqın müvafiq sahə üzrə ali komissarı Jozep Borrell deyib.

Bununla yanaşı Aİ Rusiyaya qarşı sanksiya siyahısına beş İran rəsmisi, hərbçi və iş adamını daxil edib.

“İran Rusiyaya hərbi yardım edir. Vəziyyətin ağırlığını nəzərə alaraq, Aİ Şurası hesab edib ki, Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükü ilə əlaqəli beş şəxs Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına görə məsuliyyət daşıyan şəxslər və qurumların qara siyahısına salınmalıdır”, – Avropa İttifaqının “Rəsmi jurnalı”nda dərc olunan Aİ Şurasının qərarında deyilir. 

Bildirilir ki, sanksiyalar siyahısına pilotsuz uçuş aparatları üzrə ixtisaslaşan “Paravar Pars” və “Qods Aviation Industries” şirkətlərinin direktorlar şurasının hərbi və mülki üzvlərinin adları əlavə edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir