Rumıniyada qatarla minik avtomobili toqquşdu: Ölənlər var

Dünya


Bazar günü Rumıniyanın Orben kəndində (Bakeu vilayəti) sərnişin qatarı ilə minik avtomobilinin toqquşması nəticəsində ikisi yeniyetmə olmaqla, dörd nəfər ölüb.

Məlumata görə, Suçava – Buxarest marşrutu üzrə hərəkət edən sərnişin qatarı avtomatik siqnalizasiya ilə təchiz olunmuş keçiddə minik avtomobili ilə toqquşub. Maşında olanların hamısı həlak olub.

Bildirilir ki, ərazidə dəmir yolu hərəkəti dayandırılıb. Polis qəzanın səbəblərini araşdırır.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir