21 yaşlı gəncin eşitməsi üçün sizin dəstəyinizə ehtiyacı var – FOTO

Cəmiyyət


21 yaşlı Muradın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə resmixeber.az-a onun atası Süleyman Həsənov məlumat verib.

O bildirib ki, övladının anadangəlmə eşitməsində problem var.

“Muradın eşitməsində anadangəlmə problem var. Cəmi 10% eşidə bilir. İllərlə müalicələr etsək də, heç bir müsbət irəliləyiş olmayıb”.

Süleyman Həsənov övladının eşitməsinin normallaşması üçün qulağına cihaz taxılmalıdır:

“Həmin cihaz Almaniyadan sifariş etməliyik. Cihazın qiyməti isə 3 500 manatdır. Bu məbləğin, 1 000 manatını toplasaq da, 2 500 manatımız hələ də çatmır. Murad çölə, dostları ilə görüşməyə getməkdən utanır. İnanın onu belə görmək bizi çox incidir. Yardımsevər şəxslərdən övladıma dəstək olmaqlarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 492-10-23

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir