Gəncədə qanunsuz tikinti işlərinin qarşısı alındı

Cəmiyyət


Gəncə şəhərində qanunsuz tikinti işlərinin qarşısı alınıb.

“resmixeber.az”un məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyəti yanında komissiya üzvlərinin (Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi üzrə), FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin nümayəndələrinin iştirakı ilə növbəti monitorinq keçirilib.

Aparılan monitorinqlər zamanı müvafiq icazəverici sənədləri olmadan daha bir qeyri-yaşayış sahəsinin tikintisinin aparıldığı aşkarlanıb. Edilən xəbərdarlıqlar nəticəsiz qaldığı üçün Şıxzamanlı qəsəbəsində qanunsuz inşa edilən obyektdə tikinti işləri dayandırılaraq söküntüsü təmin edilib.

Qeyd edilib ki, şəhər ərazisində bu kimi tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir