Bakıda meyiti aşkarlanan şəxsin qətlə yetirildiyi müəyyən edilib

Kriminal


Bakıda meyiti aşkarlanan şəxsin qətlə yetirildiyi müəyyən edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 5-i saat 17 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Saleh Sadıqovun çürümüş meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hadisə aşkar olunduqdan dərhal sonra prokurorluq və polis əməkdaşları istintaq-əməliyyat tədbirləri həyata keçirib. Zərərçəkmişin iyunun 25-i saat 01 radələrində 1988-ci il təvəllüdlü Anar Cəfərov tərəfindən aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Cəfərov cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir