Bakıda restoranda kütləvi dava düşüb, bıçaqlananlar var

Cəmiyyət


Bakının Binəqədi rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

resmixeber.az xəbər verir ki, hadisə 7-ci mikrorayonda qeydə alınıb.

Belə ki, iaşə obyektində müştərilər arasında dava düşüb.

Dava zamanı 1987-ci il təvəllüdlü Samir Xıdır oğlu Rəfiyev və 1986-ci il təvəllüdlü Müşfiq Kamran oğlu Cəfərov bədənin müxtəlif nahiyələrindən bıçaqlanıblar.

Yaralılar ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir