Gədəbəydə minik avtomobilləri toqquşdu: Xəsarət alanlar var

Cəmiyyət


Gədəbəydə minik avtomobilləri toqquşub, 3 nəfər xəsarət alıb.

“resmixeber.az”un məlumatına görə, hadisə Gədəbəy-Söyüdlü yolunda qeydə alınıb.

Belə ki, VAZ-2106 markalı avtomobillə digər minik avtomobilinin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Elgün Vaqif oğlu Həsənov, 1958-ci il təvəllüdlü Kifayət Nadiq qızı Alıyeva və Rusiya vətəndaşı olan şəxs müxtəlif bədən xəsarətləri alıb.

Zərərçəkmiş hər üç şəxs xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir