“Fənərbağça” Arda Güleri “Real Madrid”ə satdı

Dünya


“Fənərbağça” futbolçusu Arda Güleri “Real Madrid”ə satıb.

Bu barədə İstanbul klubu açıqlama yayıb.

Bildirilib ki, Arda Gülerin “Real Madrid”ə transferi ilə bağlı danışıqlar başlayıb.

Türkiyə mətbuatı bu keçid üçün İspaniya təmsilçisinin 20 milyon avro ödəyəcəyini yazıb. Əlavə olaraq 10 milyon avro bonus nəzərdə tutulub. Bundan başqa, “Fənərbağça” futbolçunun növbəti satışından 20 faiz pay alacaq.

Yarımmüdafiəçi bu gün xüsusi təyyarə ilə İspaniyaya yola düşüb. Onunla 6 illik müqavilə imzalanacaq. Daha sonra “Real Madrid”in gənc oyunçunu Almaniyanın “Bayer” klubuna icarəyə verəcəyi gözlənilir.

Qeyd edək ki, “Gənclərbirliyi”nin yetirməsi olan Arda Güler 2019-cu ildən “Fənərbağça”da çıxış edirdi.

Mənbə: NTV Spor

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir